• USD 1,7000 0,00% EUR 1,9289 +1,16%
    • GBP 2,1442 +0,56% RUB 0,0246 -0,81%

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

Sabah Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 3-də fasilələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR