Aynur Camalqızı: “Saytları ona görə bağladıq ki...”
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Saytları ona görə bağladıq ki...”

“Gündəlik Teleqraf” Media Qrupuna daxil olan 3 sayt – İzvestiya.az, Tabloid.az və Kult.az fevralın 27-dən fəaliyyətini dayandırıb.

“Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı Publika.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:

“Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.

A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuyğun sayır:

“Digər saytlarımız – Axar.az, Publika.azTeleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm