Qırmızı.az
Komitə sədri Türkiyədə səfərdədir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyədə
səfərdədir.
Səfərin birinci günü nümayəndə heyəti Türkiyənin Diyanət İşləri
başqanı Mehmet Görmez ilə görüşüb.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin dini
qurumlara göstərdiyi qayğıdan danışan Mübariz Qurbanlı vicdan
azadlığının təmin edilməsi, müxtəlif dini icmalar üçün yaradılan
şərait, yeni ibadətgahların tikilməsi haqqında məlumat verib.
İslam aləmində baş verən bəzi mənfi hadisələrə toxunan Mehmet
Görmez Azərbaycanın müxtəlif dini cərəyanların nümayəndələrinin
birgə yaşaması sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd
edib.
Diyanət İşləri İdarəsinin tərkibindəki təhsil xidmətləri və dini
nəşrlər baş idarələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan
nümayəndə heyəti Türkiyədə dini təhsil, din xadimlərinin
yetişdirilməsi, eləcə də müvafiq nəşrlərin hazırlanması məsələləri
ilə tanış olublar.
Dini İşlər üzrə Ali Qurumun sədri Hüseyn Kayapınarla görüşdə isə
Azərbaycan nümayəndə heyətinin üzvlərinə qurumun strukturu və
fəaliyyət istiqamətləri haqqında məlumat verilib.
Tərəflər Azərbaycan ilə Türkiyənin dini qurumları arasında təcrübə
mübadiləsi, eləcə də mənəvi dəyərlərin qorunması və inkişafı
sahəsində əməkdaşlığın önəmini vurğulayıblar.
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO