Avtobus dərəyə aşdı, 15 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Avtobus dərəyə aşdı, 15 nəfər öldü

İranın Larican şəhərinin Polur bölgəsində magistral yolda "Volvo" markalı avtobus aşaraq dərəyə düşüb. Nəticədə 15 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə bu gün səhər yerli vaxtla 4:15-də baş verib. Tehrandan Qorqan şəhəri istiqamətində gedən avtobus 40 metr hündürlükdən dərəyə aşıb.

Avtobusda 30-a yaxın sərnişin olub. Xilasetmə işləri tamamlanıb və yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm