18 günün gəlini intihar etdi – ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

18 günün gəlini intihar etdi – ŞOK TƏFƏRRÜAT

Mahsun Kırmızıgülün “Möcüzə” filminin ssenarisinə bənzər bir hadisə Diyarbəkirdə baş verib, amma bu hadisənin sonu faciə ilə bitib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əqli qüsurlu gənc ilə evləndirilən 17 yaşlı Delal Satıç gördüyü şiddətə dözməyərək ata evinə qayıdıb və 18 gün sonra intihar edib.

Delal Satıç 3 ay öncə əqli qüsurlu 22 yaşlı Serhat D. ilə 10 min lirə (təxminən 4150 manat) başlıq pulu qarşılığında evləndirilib.

Qız evləndikdən sonra ərinin əqli qüsurlu olduğunun fərqinə varıb. Xəyalları suya düşən Delal qayınatası Kadri D. tərfindən döyülüb. Qız isə gizlicə bacısına zəng edərək əri əqli qüsurlu olduğundan onunla eyni yatağa girməkdən qorxduğunu, evləndiyi üçün çox peşman olduğunu və qayınatasının onu döydüyünü deyib.

Hadisədən xəbər tutan Sabiha və Mahmud Satıç getdikləri kənddə qızları Delalı boğazı kəsilmiş vəziyyətdə otaqda tapıblar. Xəstəxanaya aparılan qızın boğazına tikiş qoyulub.

Polisə ifadə verən Delal qayınatası Kadrinin onu döydüyünü və ülgüclə boğazını kəsdiyini deyib. Bundan sonra gənc qız ata evinə göndərilib.

Ancaq Delal evliliyinin 18-ci günündə ata evində pnevmatik tüfənglə ürəyinə atəş açaraq intihar edib.
Prokurorluq hadisə ilə bağlı istintaq aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm