Qırmızı.az
TQDK şagirdlərin inşa yazılarına qiymət verdi, nəticə...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin buraxılış imtahanlarında esse (inşa) yazılarının nəticəsinə ümumi şəkildə qiymət verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Tren-ə verilən məlumata görə, 2014-cü ilin buraxılış imtahanlarının sual kitabçalarından reprezentativ şəkildə 25000 kitabça seçilib (IX sinif, Azərbaycan dili - 10000; XI sinif, Azərbaycan dili - 10000; IX sinif, rus dili - 2500; XI sinif, rus dili - 2500). Seçilmiş kitabçaların çoxunda şagird inşa yazısını yerinə yetirməyib. Yazılmış inşalar qiymətləndirilib və alınan nəticələrin həmin şagirdlərin buraxılış imtahanında ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) fənni üzrə göstərdikləri nəticələrlə korelyasiyasına baxılıb.
Nəticədə aydın olub ki, inşalar üzrə nəticə ilə Azərbaycan dili
fənni üzrə nəticənin korelyasiyası zəifdir. Bu isə onu göstərir ki,
şagirdlərdə öz fikrini ifadə etmək, sərbəst mühakimə yürütmək,
müəyyən hadisə və proseslərə münasibətini bildirmək bacarıqları
aşağı səviyyədədir.
TQDK şagird nailiyyətlərinin dinamikasını ölçmək məqsədilə 2013-cü il monitorinq imtahanlarında istifadə olunmuş sual kitabçalarından hər fənn üzrə iki variantı 2014-cü il monitorinq imtahanlarında həm 5-ci, həm də 6-cı siniflər üzrə istifadə edib. Bu variantlar üzrə yazı işləri qiymətləndirilərkən qiymətləndirmə meyarları da 2013-cü ildə olduğu kimi saxlanılıb və yoxlamaya 2013-cü ildə həmin variantlar üzrə yoxlamada iştirak etmiş ekspertlər cəlb olunub. Məlum olub ki, şagirdlərin müəyyən alt standartlar üzrə nəticələrində inkişaf olmayıb, bəzən isə hətta geriləmə olub. Belə halların əsas səbəblərindən biri biliklərin öyrənilməsində onların vərdişə, bacarığa çevrilməsinə deyil, əzbərçiliyə üstünlük verilməsidir.
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO