Qırmızı.az
85 metr hündürlükdə asılı qalan fəhlələr xilas olundu (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, fəhlələri xilas etmək üçün hadisə yerinə kran gətirilib. Həmin kranın hündürlüyü kifayət etmədiyi üçün əraziyə ikinci kran gətirilib.
İkinci kranın vasitəsilə fəhlələr xilas olunub. Fəhlələrdən xəsarət alan olmayıb.
Gülxar
***
Bakıda üç nəfər təhlükəli vəziyyətlə üz-üzə qalıb.
Hadisə Baksol yolunda, Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixana binasında qeydə alınıb.
İstixananın 85 metr hündürlüyündəki tüstü borusunu sökmək üçün ora çıxan 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.
Ölüm təhlükəsi ilə üzləşən fəhlələrin adları məlum olub. Onlar 1989-cu il təvəllüdlü Axundov Telman Əliyusif oğlu, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğludur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda həmin fəhlələrin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.(APA)
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR