Bu ay pensiyalar vaxtından əvvəl veriləcək
Bizi izləyin

Qırmızı.az

Bu ay pensiyalar vaxtından əvvəl veriləcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə başlayıb.

DSMF-dən Publika.az-a verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi davam etdirilir. Mart ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 290 882 nəfər təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm