Xanhüseyn Kazımlı: “Azərbaycana dəyən maddi və mənəvi zərərin əmsalları hesablanmalıdır”
Bizi izləyin

Qırmızı.az

Xanhüseyn Kazımlı: “Azərbaycana dəyən maddi və mənəvi zərərin əmsalları hesablanmalıdır”

“BMT-nin qətnamələri yerinə yetirilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərərin əmsalları hesablanmalıdır”.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı bildirib.

Onun sözlərinə görə, dəyən zərərlə bağlı məsələlər ən əvvəl ölkə rəhbərinin masasının üstünə qoyulmalı, müzakirələrdən keçməlidir, beynəlxalq ekspertlərin rəyi öyrənilməlidir. Bundan sonra yanaşdığımız metodologiya, göstəricilər sistemi ilə itki və tələfatların hesablanması üçün lazım olan göstəricilər sisteminin uyğun olub-olmadığı müəyyən edilə bilər: “Müxtəlif nazirliklər, komitələr tərəfindən müxtəlif rəqəmlər səsləndirilir, amma o rəqəmlərin səsləndirilməsi milli baxımdan məqsədəuyğun deyil. Burada əhaliyə dəyən zərər, dövlət müəssisələrinə dəyən zərər, təbii sərvətlər hesabına, kommunikasiya hesabına olan itkilərimiz, radio-informasiya hesabına olan itkilərimiz hesablanmalı, cəmləşdirilərək həm iqtisadi, həm sosial sahədə, həm də ümumiyyətlə məhrumiyyətlər hesabına əmələ gələn itkilərin dəyəri yekunlaşdırılaraq beynəlxalq ekspertlərlə razılaşdırılmalıdır”.

Hazırda hansısa rəqəm səsləndirməyin mümkün olmadığını deyən X. Kazımlının sözlərinə görə, Azərbaycan 10 000 hektarlarla torpağı əkib-becərmək üçün yaratdığı Sərsəng su anbarından 23 ildir ki, istifadə edə bilmir. Burada Azərbaycana bir çox baxımdan zərər dəyib: “Məsələn, burada nə qədər iş yeri də açıla bilərdi. Hesab edirəm ki, BMT-nin qətnamələri yerinə yetirilənə qədər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər o əmsallar hesablanmalıdır. Ötən müddət ərzində dəyən zərər aylarla, illərlə, rüblərlə əmsallar hesablanaraq onun üzərinə gəlinməlidir. Bunun belə olması Azərbaycan ictimaiyyəti üçün də olduqca vacibdir”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm