Mübariz Qurbanlı Türkiyədəki "nurçu"lardan danışdı
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı Türkiyədəki "nurçu"lardan danışdı

“Türkiyədəki “paralel dövlət” məsələsi ilə bağlı oranın hökuməti müəyyən addımlar atır. O cərəyanın uzantılarının Azərbaycana gəlməsi barədə də məlumatlar ictimaiyyətdə yayılır. Lakin Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu kimi kənar ölkələrdən Azərbaycana sıçrayan, ölkəyə müdaxilə etmək istəyən qrupların qarşısını almağa qadirik. Bu cür qrupların Azərbaycanda dərin kök atması mümkün deyil”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədə son vaxtlar aktivləşən “paralel dövlət” (nurçular) dini cərəyanının Azərbaycanda fəaliyyət göstərməsi və bununla mübarizə məsələsindən danışarkən bildirib.

O qeyd edib ki, Türkiyəyə səfəri çərçivəsində bir sıra rəsmi şəxslər və dini qurumların rəhbərləri ilə görüşlər keçirərkən bu qənaətə gəlib ki, Türkiyədə radikal dini qruplara qarşı mübarizə yüksək səviyyədədir.

M. Qurbanlı vurğulayıb ki, 80 milyon əhalisi olan Türkiyədə hər hansı dini qruplaşma meydan sulaya bilmir və bunun əsas səbəblərindən biri Türkiyədə dini maarifçilik sahəsində çoxsahəli işlərin həyata keçirilməsidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm