Daha bir küçə təmirə bağlandı
Bizi izləyin

Qırmızı.az

Daha bir küçə təmirə bağlandı

Paytaxtın Süleyman Rüstəmov küçəsinin təmirinə başlanıldı.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Publika.az-a verilən məlumata görə, 1-ci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində işlər sürətlə davam etdirilir.

Təmiri həyata keçirilən digər küçələrlə yanaşı, bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə də start verilib. Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm