Bulvar Novruz bayramına hazırlaşır
Bizi izləyin

Qırmızı.az

Bulvar Novruz bayramına hazırlaşır

“Hər il olduğu kimi, bu il də Novruz bayramı Bulvar ərazisində xüsusi tədbirlə qeyd olunacaq. Artıq Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ərazidə hazırlıq işləri aparır”.

Bunu Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

N.Məcidov bildirib ki, bayram tədbiri martın 19-da səhər saat 10:00-dan gecəyarıya qədər davam edəcək.

“Hər il olduğu kimi, bu il də tədbirdə Azərbaycan mədəniyyəti və incəsənətinə aid nümunələr nümayiş olunacaq. İştirakçılar müxtəlif musiqi proqramları ilə çıxış edəcək, həmçinin tədbir çərçivəsində milli mətbəximizdən nümunələr yer alacaq. Həmçinin regionlarda istehsal edilən məhsullar da nümayiş etdiriləcək. Bayram tədbiri Qız Qalasının önündən başlayacaq və bulvar ərazisinə qədər davam edəcək”.

N. Məcidov bu il ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı bu il tədbirdə idmançıların çıxışlarına daha çox yer ayrılacağını deyib:

“Bu il Bakıda Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulub. Hər il idman növləri üzrə nümayiş olur, amma bu il Novruz bayramında idmançıların çıxışına daha çox üstünlük veriləcək. İdmançılar ayrı-ayrı növlər üzrə çıxışlar edəcəklər, onların içərisində tanınmış olimpiya, Avropa və dünya çempionlarımız da olacaq”.

İdarə rəsmisi bildirib ki, bayram günləri ərəfəsində bütün obyektlər gücləndirilmiş iş rejimində işləyəcək.

“İnsanların sayının çox olmasını nəzərə alaraq istər polis, istərsə də bulvar əməkdaşları gücləndirilmiş rejimdə işləyib, əhalinin təhlükəsizliyini və rahat istirahətini təmin edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm