Gəncədə istehlak bazarında monitorinq komissiyası yaradılıb
Bizi izləyin

Qırmızı.az

Gəncədə istehlak bazarında monitorinq komissiyası yaradılıb

Bu gün YAP Gəncə şəhər Təşkilatının qərargahında şəhər İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, yığıncaqda İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, hüquq–mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, iş adamları, şəhərdə fəaliyyət
göstərən bankların, şirkətlərin nümayəndələri, əczaçılar, səhiyyə işçiləri iştirak edib.


Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qeyd edib ki, Gəncədə sürətli inkişaf və tərəqqi insanların daha yaxşı yaşamasına və çalışmasına geniş imkanlar açıb: “Yaradılan yüksək şərait insanların rifahı, sağlamlığı və xoşbəxtliyi üçündür. Lakin, son zamanlar şəhərimizdə bir sıra neqativ hallara təsadüf edilir. Bəzi ticarət obyektlərində çalışan möhtəkirlər süni qiymət artımı yaradır, vaxtı keçmiş məhsullar satır və əhali arasında narahatçılıq yaradırlar”.

İcra başçısı qeyd edib ki, bu neqativ halların qarşısını almaq üçün şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə İqtisadi-İnkişaf Nazirliyinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Statistika Komitəsinin, Gigiyena Epidemiologiya Mərkəzinin müvafiq yerli qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb. Bu komissiyanın tərkibində 10 işçi qrup fəaliyyət göstərəcək və
işçi qruplar mütəmadi olaraq bütün sahələrdə istehlak bazarına monitorinqini həyata keçirəcəklər.


Distrübiterlərdən Bəhram Məmmədov, Fuad Hüseynov və başqaları çıxış edərək çalışdıqları şirkətlər tərəfindən ticarət obyektlərinə verilən məhsulların qiymətində artım olmadığını və əhaliyə xidmətin yüksək səviyyədə olduğunu bildiriblər.


Tədbirdə qeyd olunub ki, ictimaiyyətlə sıx əlaqə yaratmaq və operativ tədbirlər həyata keçirmək üçün bu gündən 022-256-00-66 nömrəli qaynar xətt fəaliyyətə başlayıb. Qısa müddət ərzində monitorinqlərin nəticələri İcra Hakimiyyətinin növbəti yığıncağında müzakirə olunacaq və konkret addımlar atılacaq.


Süsən Tağıyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm