Bu yol da bağlanır
Bizi izləyin

Qırmızı.az

Bu yol da bağlanır

Bakıda Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Bunu Publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsində təmir işləri davam etdirilir.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işlərinin axşam saat 23-24 radələrində başa çatdırılması və yolun bağlanan hissəsinin açılması gözlənilir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm