Tıxacların qarşısı alınacaq - Şad xəbər
Bizi izləyin

Qırmızı.az

Tıxacların qarşısı alınacaq - Şad xəbər

Paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədilə Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında (faza - işıqfor işıqlarının yanma müddəti) dəyişiklik edilib.

Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Məlumata görə, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb.

Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə işıqforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.

Bundan başqa, işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm