İranın rəsmisi “Khazar İslands”la maraqlandı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İranın rəsmisi “Khazar İslands”la maraqlandı – FOTOLAR

Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı keçirilən danışıqlarda iştirak etmək üçün Bakıda səfərdə olan İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini, İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rahimpur “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün şəhər-kompleksin salındığı ərazidə olub.

Publika.az-ın məlumatına görə, “Avesta Concern”in vitse-prezidentləri Rəşad Hacılı və Taleh Quliyev İran xarici işlər nazirinin müavininə “Khazar İslands” layihəsi haqqında geniş məlumat veriblər.

Bildirilib ki, layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Xəzər regionu ölkələri üçün böyük əhəmiyyət kəsb edir.

“Avesta Concern”in təmsilçiləri layihə çərçivəsində İran şirkətləri ilə əməkdaşlıqda maraqlı və hazır olduqlarını da qeyd ediblər.

İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib və Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı Bakıda keçirilən danışıqlardan razı qaldığını vurğulayıb.

Nazir müavini İran şirkətlərinin “Khazar İslands” layihəsində yer almasının da onların maraqlarına uyğun olduğunu və bunu arzu etdiklərini bildirib.

“Khazar İslands” layihəsinin möhtəşəm layihə olduğunu qeyd edən İran xarici işlər nazirin müavini İbrahim Rahimpur belə nəhəng layihəni həyata keçirən “Avesta Concern”ə uğurlar arzu edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm