Qırmızı.az
“Bakıelektrikşəbəkə” borclulara xəbərdarlıq etdi
Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı 21 fevral 2014-cü il tarixində, saat 12:00-dan etibarən qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq.
"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ASC ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər edib.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarınını dərhal ödənilməsi xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi