Bakıda qəza: yaralılar var - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza: yaralılar var - FOTO

Ötən gün axşam saatlarında Bakıda ağır yol qəzası olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub.

İlkin məlumata əsasən, piyadalardan birinin vəziyyəti ağırdır.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm