8 Martda evdə oturun - YAĞIŞ, KÜLƏK
Bizi izləyin

Qırmızı.az

8 Martda evdə oturun - YAĞIŞ, KÜLƏK

Martın 8-də hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.


Paytaxtda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.


Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.


Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.


Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm