Azərbaycana GMO-lu məhsullar idxal edilməyəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycana GMO-lu məhsullar idxal edilməyəcək

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşlarının yeni layihəsi üzrə AMEA Botanika İnstitutu və Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu(UNİCRİ) arasındaAnlaşma Memorandumu imzalanıb.

Publika.Az-ın verdiyi məlumata görə, “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası” mövzusunda layihə “Cənubi Qafqazda və Mərkəzi Asiyada Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində müsabiqəsinin qalibi olub. Layihənin rəhbəri Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri akademik Cəlal Əliyevdir.

Layihənin əsas məqsədi Azərbaycana idxal olunan müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin materiallarında və toxumlarında əsasən fitoplazma və virus xəstəliklərinin, həmçinin GMO mənşəli bitki məhsullarının molekulyar diaqnostikasıdır. Aparılan tədqiqatlar xəstəliklərin yayılmasının qarşısının alınmasına və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən əhalinin sağlam qida ilə təmin olunmasına xidmət edəcək. Qeyd edək ki, son illərdə Azərbaycanda vegetativ yolla çoxalan ərzaq, yem, texniki və dekorativ bitki kulturaları, xüsusən kənd təsərrüfatı bitkiləri xroniki olaraq fitopatogenlərlə yoluxur ki, bu da nəticədə böyük miqdarda məhsul itkisinə səbəb olur. Kənd təsərrüfatı sisteminin qloballaşması və əkin materiallarının beynəlxalq mübadiləsi xəstəliklərin yeni regionlara introduksiyasına şərait yaradıb. Həmçinin, GMO tərkibli qida məhsullarının insan orqanizminə mənfi təsiri haqqında ziddiyyətli məlumatlar mövcuddur. Bunun qarşısını almaq üçün sağlam bitkilərin seçilməsi, onlara nəzarət, əkin materialının sertifikatlaşdırılması, infeksiyaları aşkar etmək məqsədi daşıyan dövrü monitorinqlərin aparılması mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində Almaniya və Fransanın bitki xəstəlikləri üzrə nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışan alimlərin iştirakı ilə Azərbaycanda praktiki seminarların keçirilməsi, həmçinin bitki xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası və identifikasiyasında istifadə olunan yeni ekspress metodların öyrənilməsiməqəsdilə Botanika İnstitutunun 2 əməkdaşının İNRA – MilliKənd Kəsərrüfatı Tədqiqatları İnstitutuna (Bordo, Fransa) və İSTA –Toxumların Beynəlxalq Testləşdirilməsi Assosasiyasına (İsveçrə) elmi ezamiyyəti nəzərdə tutulub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm