Bakıda qadın sürücü zəncirvari qəza törətdi: ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Bakıda qadın sürücü zəncirvari qəza törətdi: ölən və yaralananlar var

Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin küçədə Samirə Usubovanın idarə etdiyi “Toyota” və Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Toqquşmadan sonra idarəetməni itirmiş S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb. Bu zaman avtomobil yolun kənarında dayanmış Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilmiş Ş.Orucov orada dünyasını dəyişib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm