Abid Şərifov “Sovetski” sakinləri ilə görüşür
Bizi izləyin

Qırmızı.az

Abid Şərifov “Sovetski” sakinləri ilə görüşür

AzNews.az xəbər verir ki, Bakının “Sovetski” kimi tanınan ərazisində sökütü işlərinin aparılması və əhaliyə bunun müqabilində kompensasiyanın verilməsi məsələsində razılıq əldə olunması üçün orada yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayıb

Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbdə keçirilir və orada baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev iştirak edirlər.

Yaxın saatlarda görüşün nəticələrinə dair baş nazirin müavini Abid Şərifov KİV-lərə açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini plana əsasən şəhərin abadlaşdırılması işləri ilə əlaqədar evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər. Sakinlər bildiriblər ki, onlara hər kvadratmetr üçün 1500 manat təklif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm