Bakıda avtobusların hərəkət istiqaməti dəyişdiriləcək
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobusların hərəkət istiqaməti dəyişdiriləcək

“I Avropa Oyunları ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, oyunların təşkil olunduğu ərazilərdə hərəkət edən marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik olacaq”.

Bunu Publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, bu barədə sxem hazırlanır:

“Alternativ yollar barədə düşünürük. Yaxın zamanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Nazirlik rəsmisi onu da bildirib ki, ölkəyə yeni avtobusların gətirilməsi bundan sonra da davam edəcək:

“Avropa Oyunları ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi tərəfindən əlavə avtobusların gətirilməsi prosesi davam edir. Oyunlardan sonra da bu proses davam edəcək. Ölkəyə müasir tələblərə cavab verən yeni avtobuslar gətiriləcək. Həmçinin sürücülərin dil bilgilərinin inkişaf etdirilməsi üçün də işlər aparılır. Bu vaxta qədər 900-ə qədər sürücü belə kurslara cəlb olunub. Prosesi davam etdiririk”.

N.Həsənov I Avropa Oyunları ilə əlaqədar olaraq işlərin aprel və may aylarında daha da gücləndiriləcəyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm