Polis Bakıda fahişəliyi təbliğ edən saytla bağlı hərəkətə keçdi - ŞOK OLAY
Bizi izləyin

Qırmızı.az

Polis Bakıda fahişəliyi təbliğ edən saytla bağlı hərəkətə keçdi - ŞOK OLAY

Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu sayt (reklam etməmək üçün saytın adını vermirik - red) guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.

Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.

Qızları bəyənənlərə isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.

Məsələ ilə əlaqədar ANS PRESS Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov bildirib ki, sayt qeydiyyatdan keçib. ANS PRESS-in müraciəti əsasında rabitə nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm