Həcc ziyarətinin qiyməti qalxdı
Bizi izləyin

Qırmızı.az

Həcc ziyarətinin qiyməti qalxdı

Həcc ziyarətinin qiymətləri artıb. Bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1450, VİP xidmətlərlə gedənlər isə 1650 manat əlavə pul ödəməli olacaqlar.

Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrlə əlaqə şöbəsinin əməkdaşı Müqəddəs Payızov Publika.az-a açıqlamasında qiymətlərin qalxması ilə bağlı faktı təsdiqləyib.

“Bu il VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq. Bu artım dolların qiymətinin qalxması ilə əlaqədardır”.

Qeyd edək ki, 2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə isə adi xidmətlər 3250 manat, VİP xidmət 4100 manat olub.

M.Payızov bildirib ki, bu gündən etibarən Həcc ziyarətinə getmək istəyən zəvvarların sənəd qəbuluna və siyahıya alınmasına başlanıb.

Bu il də ziyarətə getmək istəyənlər pulu banka köçürməlidir. Pulun köçürüldüyünü təsdiq edən qəbzi və yuxarıda adıçəkilən sənədləri Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə təqdim etməlidirlər. Bu il Həcc ziyarəti üçün təxminən 2700 nəfərlik kvota ayrılıb.

Həcc ziyarəti ilə bağlı daha bir yenilik pasportlarla bağlıdır. Belə ki, bu ildən Həcc ziyarətinə gedən şəxslərdən mütləq şəkildə biometrik pasportlar tələb ediləcək. Həmçinin şəxsiyyət vəsiqəsi, şəkil və tibbi arayış təqdim edilməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm