Qırmızı.az
Şirkət rəhbərinin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNİB)
Baş Prokurorluq Yasamal rayonu ərazisində odlu silahla
törədilən ölüm hadisəsinə aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, bu gün səhər 11 radələrində paytaxtın Yasamal rayonu
ərazisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun icarəyə götürdüyü
ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş
nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru,
prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi
ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış
keçiriblər.
Hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin
digər əməkdaşları isə iş otaqlarında olublar.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq
ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə
səbəbləri istintaq yolu ilə araşdırılır.
***
Paytaxtda kişi meyiti aşkar edilib.
Bu haqda Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat
verilib.
Məlumata görə, hadisə İnşaatçılar prospekti, 22/26 ünvanında
qeydə alınıb. Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli
Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar
edib.
Polisdən həmçinin bildirilib ki, F.Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib.
İntihar şirkətin ofisində baş verib.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı