Qırmızı.az
Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisi başlayır
Sabah Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisi işə başlayır.
Publika.az-ın məlumatına görə, Türkiyənin "Atılım Fuarcılık" və "ElanExpo" şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək sərgidə "AfuExpo", "Azeryolservis", Bakı Yaşıllaşdırma, Bakı Abadlıq, Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, icra hakimiyyətləri, mütəxəssislər, dövlət idarə və təşkilatları iştirak edəcək.
Sözügedən sərgi ilə əlaqədar "Atılım Fuarcılık" şirkətinin rəhbəri Salim Şahin, satış müdiri Beyza Şığva və "ElanExpo" şirkətin baş meneceri Nihat Suer Ay bu gün Bakıda mətbuat konfransı keçiriblər.
Bildirilib ki, sərgi açılışına dəvət edilən dövlət xadimləri, rəhbər işçilər, sektor nümayəndələri və əhəmiyyətli biznesmənlərin iştirakçı firmalarla üzbəüz görüşmələr həyata keçirməsi, həm sektorun tanıdılmasında, həm də əməkdaşlıq yolları mövzusunda böyük rol oynaması planlaşdırılır.
Tədbirdə 12 ölkədən 150 şirkət iştirak edəcək. Sərgidə iştirak edəcək şirkət və təşkilatlar arasında Azərbaycandan "By Art", "Kafurpas", "Gardenia", "Abseron Botanik", "Caspian Botanik", "Green Life", Türkiyədən "Hidromak", "Güneri Makine", "Erdemli Makine", "Polight", "As Beton", "Peyart", "Sakarya Botanik", "İstanbul Botanik", İtaliyadan "Arcangeli", "Piante Faro", "Innocenti& Mangoni", Belçikadan "Arbor", "VandePutte", Almaniyadan "Pflanzenhandel Lappen", "Bruns", "Lorberg", Hollandiyadan "Fides & Greneth", İspaniyadan "Ornamental Valencia", Kolombiyadan "Matina Flowers" yer alıb.
Qeyd edək ki, sərgi martın 14-dək davam edəcək.
Vasif Həsənli
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK