5 mindən çox şagird buraxılış imtahanı verəcək
Bizi izləyin

Qırmızı.az

5 mindən çox şagird buraxılış imtahanı verəcək

Martın 15-də ölkənin bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Publika.az-a verilən məlumata görə, imtahanlarda ümumilikdə 5026 şagirdin iştirak edəcəyi gözlənilir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

İmtahan 29 şəhər və rayonda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq.

Şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsini, qaçqın statusu almış xarici ölkə vətəndaşları qaçqın vəsiqələrini təqdim etməlidirlər.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili), riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Əlavə olaraq, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Məlumat üçün bildirək ki, imtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 39 imtahan rəhbəri, 430 zal nəzarətçisi cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm