Bu ölkədə internetdə uşaq satılır - ŞOK
Bizi izləyin

Qırmızı.az

Bu ölkədə internetdə uşaq satılır - ŞOK

Polis basqınlarına baxmayaraq, körpə və uşaq ticarəti Çin üçün ciddi bir problem olmaqda davam edir.

Publika.az xəbər verir ki, BBC-nin apardığı bir araşdırma Çində körpələrin internet vasitəsilə satışa çıxarıldığını göstərir.

ABŞ Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Çində hər il 20 minə qədər uşaq qaçırılır və onların çoxu övladlığa verilmək adı ilə satılır. Çində bir uşağı övladlığa götürmək üçün elan vermək qeyri-qanuni deyil.

BBC müxbiri Martın Patiensenin apardığı bir araşdırmada qeyd edilir ki, internetdə 8 aylıq körpənin satılması ilə bağlı elan yerləşdirilib. Körpənin qiyməti isə 30 min dollardır. BBC qrupu körpəni satan şəxslə təmas qura bilib. Lakin körpə onlara video görüş vasitəsilə göstərilib. Evli olmadığını və üç uşağı olduğunu söyləyən qadın uşaqlarına baxa bilmədiyi üçün belə bir addım atmağa məcbur olduğunu deyib.

Çin polisi ötən il təşkil etdiyi bir əməliyyatla 1000-dən çox uşaq tacirini həbs etmiş, 400-ə yaxın körpə isə xilas edilmişdi. Ölkədə uşaq ticarəti ilə məşğul olan şəxslərə edam cəzası verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm