Sevgilisini döyərək saçını kəsən oğlana hökm oxundu
Bizi izləyin

Qırmızı.az

Sevgilisini döyərək saçını kəsən oğlana hökm oxundu

Naxçıvanda yaşayan Cahangir Dövlətov sevdiyi K.M.-nin mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gəlib.

Teleqraf.com-un xəbərinə görə, o, xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə sevdiyi qızı Novxanıya dəniz kənarına gətirib. Burda K.M.-nı döyüb, ona işgəncələr verib. Bununla da hirsi soyumayan Cahangir qızın başını qırxıb.

Cahangir Dövlətov bütün bu hərəkətlərini videoya da çəkib. O, həmin videonu daha sonra sosial şəbəkələrdə paylaşıb.

Hadisədən sonra M. K. Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Onun müraciəti nəticəsində Cahangir Dövlətov həbs edilib və barəsində Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə iş başlanıb. İstintaqın gedişi zamanı Cahangir Dövlətovun barəsində olan həbs-qətiimkan tədbiri başqa yerə getməmək barədə qətiimkan tədbiri ilə əvəz edilib.

Həbsdən azad olan Cahangir polisin nəzarəti altına verilsə də, polisdən gizlənib və istintaqdan yayınıb.

Bundan sonra Cahangir barəsində axtarış elan edilib. Keçirilən axtarışlar nəticəsində onun yeri müəyyənləşdirilərək həbs edilib. O, saxlanılan zaman polisə müqavimət göstərib. Buna görə də barəsində Cinayət Məcəlləsinin 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə əlavə ittiham verilib.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Cahangir Dövlətov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Cahangir Dövlətov apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Dövlətovun apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun barəsində təyin edilmiş 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 2 ilə endirib. Onu da qeyd edək ki, istintaq dövründə Xalid Əkbərov və Ayxan Zəngiyevin əməlində cinayət tərkibi müəyyən edilməyib. Buna görə də hər iki şəxs barəsində olan cinayət işinə xitam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm