Qırmızı.az
Çavuş əsgəri qəsdən güllələyib - RƏSMİ AÇIQLAMA
Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun ölümü ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, Hərbi Prokurorluğun yaydığı məlumata görə, əsgərin avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı 7 mart 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə
Dair İşlər üzrə İstintaq İdarəsində aparılmış təxirəsalınmaz
istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi
hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən
avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürüldüyü
müəyyən edilib.
Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident