Xırdalanda ev yandı, iki azyaşlı tüstüdən zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Xırdalanda ev yandı, iki azyaşlı tüstüdən zəhərləndi

Xırdalan şəhərində 3 otaqlı mənzildə yanğın baş verib

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb. Yanğın zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm