Bakıda avtoservisdə yanğın: bir neçə maşın yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda avtoservisdə yanğın: bir neçə maşın yandı

Bakıda avtomobil servisində yanğın olub.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan “DƏDƏMİN” avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlim olmayan “NİSSAN” markalı minik avtomobilin yanar hissələri, “RANGE ROVER” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “SUZUKİ” markalı və 3 ədəd “HARLEY DAVİDSON” markalı motosikletləri yanmışdır. Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus "HYUNDAİ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm