Bakı metrosunda daha bir ölüm (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda daha bir ölüm (YENİLƏNİB)

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, ölüm halı metronun qarşısında olub.

“Həmin şəxs metroya daxil olmayıb. Ona görə də onun ölüm səbəbi və şəxsiyyəti barədə bizdə məlumat yoxdur”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a bildiriblər ki, əvvəlcə naməlum şəxsin ürəktutması barədə onlara məlumat daxil olub. Həkimlər hadisə yerinə çatana qədər o, dünyasını dəyişib.

Həmin şəxs 67 yaşlı Vidadi İbrahimovdur. Hadisə barədə artıq 28-ci polis bölməsinə məlumat verilib.

Gülxar

***

Bu gün Bakı metrosunda ölüm olub.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında siqaret satan kişi ölüb.

Təxminən 40-45 yaşlarında kişi qəfildən yıxılaraq dünyasını dəyişib. Əraziyə polis və tibbi yardım xidmətinin əməkdaşları cəlb olunublar.

Xatırladaq ki, dünən metronun "Gənclik" stansiyasında 61 yaşlı kişi ürəktutmasından keçinmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm