Ermənilərin basqın cəhdinin qarşısı alındı, şəhid verdik
Bizi izləyin

Qırmızı.az

Ermənilərin basqın cəhdinin qarşısı alındı, şəhid verdik

Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm