Qırmızı.az
Azərbaycan Rusiyadan yük vaqonu alır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin nümayəndə heyətləri ilə görüş keçirilib.
QSC-dən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr, vaqon parkının hazırkı vəziyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dəmiryolçuları Rusiyalı həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.
“Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC-nin baş direktoru Oleq Sienko çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi, Azərbaycan Dəmiryolun vaqon parkının yenilənməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.
Protokola əsasən zavod Azərbaycana 2.900 yük vaqonu satacaq.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü