Dumanlı, çiskinli, küləkli hava
Bizi izləyin

Qırmızı.az

Dumanlı, çiskinli, küləkli hava

Sabah hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub klüəyi axşama doğru mülayim şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında martın 13-də havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılır, dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yer 15 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm