Prokuror müsavatçıya 8 il həbs istədi
Bizi izləyin

Qırmızı.az

Prokuror müsavatçıya 8 il həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Sirac Kərimlinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, Sirac Kərimli ötən ilin iyulun 17-dən həbs edilib. O, narkotik ittihamı ilə tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm