Bakıda beynəlxalq peyzaj sərgisi - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda beynəlxalq peyzaj sərgisi - FOTO

Bu gün Bakıda beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisinin açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, Türkiyənin "Atılım Fuarcılık" və "ElanExpo" şirkətlərinin əməkdaşlığı ilə keçirilən sərgidə "AfuExpo", "Azeryolservis", Bakı Yaşıllaşdırma, Bakı Abadlıq, Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Türkiyə səfirliyinin nümayəndələri, icra hakimiyyəti orqanları, mütəxəssislər, dövlət idarə və təşkilatları iştirak edir.

Rəsmi açılış mərasimindən sonra sərgi artıq ziyarətçilərə açıq elan edilib.

Sərgidə 12 ölkədən 150 şirkət iştirak edir. Tədbirdə Avropadan və dünyanın dörd bir tərəfindən sektorun qabaqcıl firmaları sırasında Azərbaycandan "By Art", "Kafurpas", "Gardenia", "Abseron Botanik", "Caspian Botanik", "Green Life", Türkiyədən "Hidromak", "Güneri Makine", "Erdemli Makine", "Polight", "As Beton", "Peyart", SASBÜD, SÜSBİR, "Sakarya Botanik", "İstanbul Botanik", İtaliyadan "Arcangeli", "Piante Faro", "Innocenti & Mangoni", Belçikadan "Arbor", "VandePutte", Almaniyadan "Pflanzenhandel Lappen", "Bruns", "Lorberg", Hollandiyadan "Fides & Greneth", İspaniyadan "Ornamental Valencia", Kolombiyadan "Matina Flowers" yer alıb.

Qeyd edək ki, sərgi martın 15-dək davam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm