Müdafiə Nazirliyində Dağlıq Qarabağ üzrə məruzəçi ilə görüş olub
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyində Dağlıq Qarabağ üzrə məruzəçi ilə görüş olub

Martın 12-də Avropa Şurası Parlament Assambleyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev qonağa regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məlumat verib və onu maraqlandıran sualları ətraflı cavablandırıb. R.Uolter münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda ikigünlük səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm