Qırmızı.az
Gəncə İcra Hakimiyyətində şəhər fəallarının yığıncağı keçirilib
Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev, Prezident Aparatının məsul işçisi Əlibaba Əmirov, icra
strukturunun rəhbərləri, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və
ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2013-cü ilin
yekunları geniş müzakirə edilib və 2014-cü ildə qarşıda duran
vəzifələr müəyyənləşdirilib.
Öncə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafını əks
etdirən qısametrajlı sənədli film nümayiş etdirilib (http:
//www.youtube.com/watch'v=yleJ7LrXoRI).
2013-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə
şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü
yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə xüsusi
diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş
sosial-iqtisadi siyasəti dayanır. Demək olar ki, şəhərin
sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası
çərçivəsində Gəncə şəhərində böyük nəticələr əldə edilib.
Ötən il Gəncə şəhərinin tarixində əlamətdar hadisələrlə zəngin
olub. Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri,
ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevin doğma
xalqının inam və qətiyyəti ilə 9 oktyabr Prezident seçkilərində
qələbəsi öz möhtəşəmliyi ilə yadda qalıb. 2014-cü il yanvarın 21-də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə
səfəri, səfər çərçivəsində bir sıra mühüm tikililərin açılış və
təməlqoyma mərasimlərində iştirakı, şəhərdə görülən genişmiqyaslı
işlərə yüksək qiymət verməsi, ölkə başçısının Gəncənin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sosial-iqtisadi və
sosial-mədəni sahəsində səmərəli xidmətləri olan bir qrup şəxsi
təltif etməsi və fəxri adlar verməsi ilə bağlı son sərəncamları
bütün gəncəlilərin sevincinə səbəb olmaqla, onları daha yaxşı işlər
görməyə ruhlandırıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, 2016-cı
ilədək Avropanın Gənclər Paytaxtında 1000-dək layihə həyata
keçiriləcək.
Çıxış edənlər - Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Azərbaycan
Texnologiya Universitetinin prorektoru Məntiq Cəfərov, AMEA Gəncə
Bölməsinin direktoru, akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər
Təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov və
başqaları gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirib, göstərilən etimadı əməli işlərilə doğruldacaqlarını bəyan
ediblər.
Prezident Aparatının məsul işçisi Əlibaba Əmirov ölkəmizdə son 10
il ərzində əldə olunan görkəmli nailiyyətlərdən, cənab İlham
Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından,
regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata
keçirilməsi sahəsində Gəncənin də böyük intibah dövrü yaşamasından,
irəlidə hələ çox zəfərlər əldə olunacağından danışıb.
Tədbirdə iclasın qərar layihəsi oxunub və Prezident cənab İlham
Əliyevə müraciət qəbul olunub.
Sonda Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
təltif olunmuş bir qrup Gəncə ziyalısına mükafatlar təqdim
olunub.
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO