Qırmızı.az
Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin işi məhkəməyə göndərildi
Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz
hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində aparılmış cinayət işinin istintaqı
yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, istintaq
zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və
Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz
qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan
məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin
övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı
altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 65 min
manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün
əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli
miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə ittiham elan olunub.
Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq
müddətində ödətdirilməsi təmin edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin