Qırmızı.az
Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb - FOTOLAR
Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev
Mərkəzində Monako Knyazı II Albert ilə görüşüb.
Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi
gəziblər.
Monako Knyazının diqqətinə çatdırılıb ki, Mərkəzdə xalqımızın
Ümummilli Liderinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə
yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin
əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanılan
məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin
müxtəlif bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə,
həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət
konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir.
Bu, muzeyin orijinallığını daha da artırır. Dizaynına və tətbiq
olunan yeni texnologiyaya görə fərqlənən muzey Heydər Əliyev
Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.
Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılıb. Burada
xalqımızın tarixini və mədəniyyətini əks etdirən "Azərbaycan
inciləri" ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə,
çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş
olunur.
Monako Knyazı II Albert Mərkəzdə "Bakıya uçuş. Müasir Azərbaycan
incəsənəti" sərgisi ilə də tanış olub. Heydər Əliyev Fondunun
Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata
keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini
Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir
Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək
olar.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako
Knyazı II Albertin görüşü olub. Görüşdə 2015-ci ildə keçiriləcək
birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun
mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin
keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin
təşkili məsələləri müzakirə edilib.
Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr
olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako
Knyazına tanınmış rəssam Altay Sadıqzadənin "Bakı" və "Monako" adlı
əsərləri hədiyyə edilib.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."