Rauf Arifoğlu prokurorluğa çağırılıb
Bizi izləyin

Qırmızı.az

Rauf Arifoğlu prokurorluğa çağırılıb

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Bakı şəhər Prokurorluğuna çağırılıb.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Bakı şəhər Prokurorluğuna çağırılıb.

Baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallendvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

Musavat.com bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi.

Qeyd edək ki, R.Arifoğlu şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getməkdən imtina edib: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm