Bakı Dairəvi yolu təmirə bağlandı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakı Dairəvi yolu təmirə bağlandı - FOTO

Bakı Dairəvi avtomobil yolunun 14-cü kilometrlik hissəsində (Lökbatan dairəsindən şəhər istiqamətinə) təmir işlərinə başlanılıb.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

P. Mürsəliyev bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər sürətlə davam etdirilir. İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti 20 yanvar dairəsi Moskva prospekti 20 Yanvar tuneli – Bakı-Sumqayıt yolundan geriyə Bakı Dairəvi yolu Bakı-Ələt yolunun 2-14 km hissəsini əhatə edəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm