Qırmızı.az
Avtobusda dilənən qadın döyüldü - VİDEO
İctimai nəqliyyatda dilənən əliuşaqlı qadınla avtobus sərnişinlərdən birinin sözü çəp gəlib. Nəticədə qadın döyülüb. Onun köməyinə isə yoldan keçənlər çatıb.
ANS TV-nin məlumatına görə, 23 yaşlı Fatma Əsədovanın gündəlik işi
əsasən iki azyaşlı övladı ilə ictimai nəqliyyatlarda dilənməkdir.
Hətta çox vaxt xətt marşrut nömrəsini, getdiyi istiqaməti belə
bilmədən sərnişin avtobuslarına minən gənc ana maddi qazancını da
bu nəqliyyat vasitələrində axtarır.
Bu gün onun başına gələn isə bəlkə də köməksizliyindən olub.
Özünün dediyinə görə, Xırdalan şəhəri istiqamətində hərəkət edən və
hətta xətt marşrut nömrəsini də tam olaraq xatırlamadığı avtobusa
da, dilənmək üçün minibmiş. Ancaq bir sərnişinin ona sataşması
əhvalını pozub. Sərnişinlə aralarında yaranmış qısa mübahisə zamanı
həmin kişi sərnişin onu döyüb.
Zərərçəkmiş Fatma Əsədova hadisənin necə baş verdiyi danışdı:
“Uşaq ağlayırdı. Sərnişinlərdən biri yanındakına dedi ki, sən onun atasısan, bu balaca sənin uşaqlığını xatırladır. Ona öz iradımı bildirdim. Dedim ki, sənin anan, bacın yoxdur. Bundan sonra məni döyməyə başladı”.
Uşaqlı qadına əl qaldıran həmin şəxs sonradan ərazidən uzaqlaşıb. Maraqlıdır ki, ictimai nəqliyyatda bu hadisəyə əngəl olan tapılmayıb. Bu isə istənilən dilənən qadının eyni vəziyyətlə qarşılaşacağında ətrafdan kömək gözləməməsi qənaətinə gəlir. Halbu ki, ictimai qınaq deyilən bir şey var.
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO