Qırmızı.az
FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında
“Nəqliyyatda fövqəladə halların xəbərdar ediməsi və nəticələrinin
aradan qaldırılması” mövzusunda beynəlxalq videokonfrans
keçirilib.
FHN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, videokonfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutunun və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu, Komanda-Mühəndislər İnstitutu və Rusiya Federasiyası Volqa Su Nəqliyyatı Akademiyasının Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun mütəxəssisləri iştirak edib.
Beynəlxalq videokonfrans inzibati binasının açılışı mərasimində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgədə
öz yeri olan və ən müasir texnologiyalarla təchiz olunmuş mühüm
tədris müəssisəsi adlandırdığı Fövqəladə Hallar Nazirliyinin
Akademiyasının konfrans zalında keçirilmişdir.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov
videokonfransın açılışında demişdır ki, ən son texnologiyaların
tətbiqi ilə reallaşdırılan bu ilk videokonfrans, eyni zamanda,
əməkdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət
kəsb edir.
Kokşetau Texniki İnstitutunun rəisi Sırım Şaripxanov Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə
keçirilən bu videokonfransda müzakirəyə çıxarılmış mövzunun
əhəmiyyətindən bəhs etmişdir.
Videokonfrans vasitəsilə keçirilən seminarda çıxış edən
Komanda-Mühəndislər İnstitutunun nümayəndəsi Sergey Botian,
Kokşetau Texniki İnstitutunun şöbə rəisi Arman Kusainov, Azərbaycan
FHN-in Akademiyasının fakültə rəisləri Elçin Mahmudov və İlqar
Dadaşov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun idarə rəisi
Maksim Bodnya və digər natiqlər nəqliyyatın müxtəlif sahələrində
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan
qaldırılması məsələləri ilə bağlı məruzələr təqdim
etmişlər.
Çıxışlarda, həmçinin, Azərbaycan, Qazaxıstan, Rusiya və
Belarusun uyğun qurumları arasında səmimi əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi üçün bu tip tədbirlərin əhəmiyyəti də
vurğulanmışdır.
Sonda seminarın yekunları ilə bağlı müzakirələr aparılmış, videokonfransların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB