Həmid Herisçinin “Axundov”dan qovulmasına CAVAB
Bizi izləyin

Qırmızı.az

Həmid Herisçinin “Axundov”dan qovulmasına CAVAB

“Bura müxalifətçi də, iqtidar nümayəndəsi də gəlir. Onların heç birinə kitab verməmək ixtiyarımız yoxdur”. Bu sözləri M.F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov yazıçı Həmid Herisçinin kitabxanadan qovulması ilə bağlı iddiaya cavab olaraq Axar.az-a verdiyi açıqlamasında deyib.

“Bizim kitabxanamızda kimliyindən asılı olmayaraq, hər kəsə kitab verilir. Bizim işimiz oxuculara xidmət göstərməkdir. Gələnlərin kimliyi ilə maraqlanmırıq. Ola bilsin ki, nəsə anlaşılmazlıq olub. Milli Kitabxanada evə aparmaq üçün kitab verilmir. Ancaq kitabxanada oxumaq istəyən hər kəsə xidmət edirik. Bəlkə, Həmid Herisçi kitabları evə aparmaq istədiyi üçün ona kitab verilməyə bilər. Başqa cür bu, mümkün deyil”.

Qeyd edək ki, yazıçı Həmid Herisçi öz Feysbuk səhifəsində M.F.Axundov adına Milli Kitabxanadan qovulduğunu yazıb. O, müəllifi olduğu “Şəxsiyyət vəsiqəsi” verilişi ilə bağlı araşdırma aparmaq üçün kitabxanaya getdiyini, ancaq ona kitab verilmədiyini iddia edib: “Dünən getmişdim Axundov adına kitabxanaya... Heç, elə belə, verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə... Kitabxana işçilərindən biri lazımi kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü... Dedim, nooldu axı sənə? Cavabında “Direktorumuz deyir ki, sənə kitab verməyim... Deyir ki, yaxşı adam deyilsən... Televizorda klassiklərimizi təhqir edirsən...” sözlərini eşitdim...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm