Qırmızı.az
Heydər Əsədov: “Qiymətlərdə artım yoxdur”
“Bizim kənd təsərrüfatı yarmarkalarına heç bir inzibati təsirimiz yoxdur”.
Publika.az xəbər verir ki, bunu kənd təsərrüfati naziri Heydər Əsədov yeni yarmarkanın açılışı zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Yarmarkadakı məhsullar və qiymətlərlə tanış olan nazir ötən illə müqayisədə qiymətlərdə artımın müşahidə olunmadığını qeyd edib: “Ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bizim yarmarkadakı qiymətlərə heç bir inzibati təsirimiz yoxdur. Sadəcə olaraq, iqtisadi yolla, təklifi artırmaqla qiymətlərin aşağı salınmasına nail olmuşuq. Qiymətlər avtomatik şəkildə qanuna uyğun olaraq formalaşır. Ona görə də hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən öz bazarlığını edəcək”.
Bir neçə yerdə yarmarkanın açıldığını deyən H. Əsədovun sözlərinə görə, yarmarkalar 7 gün davam edəcək.
“Bu il Xətai və Yasamal rayonlarında ikinci yarmarkalar açılıb, Binəqədi rayonundakı yarmarka yenilənib və Suraxanıda yeni yarmarka açılıb. Sumqayıtda da bu gün-sabah yeni bir yarmarkanın açılışını planlaşdırırıq. Hədəf bazara daha çox məhsul çıxarmaq yolu ilə qiymətlərin aşağı salınmasına nail olmaqdır.”
Əhalinin rəsmi şəxslər gedəndən sonra qiymətlərin dəyişdirilərək artırılacağı ilə bağlı şikayətlərinə gəlincə, nazir mətbuata axşamadək qalaraq monitorinq aparmağı təklif edib:
“Mən təklif edirəm ki, rəsmilər gedəndən sonra siz də qalın, bazarı yoxlayın. İnsanlar çox şey deyə bilərlər. Burada 5 manata qoyun əti satırlar. Mən alıcıdan məmnun olub-olmadığını soruşuram, o isə cavab verir ki, bu dişi qoyun əti olduğu üçün məmnun deyiləm. Bu da təbiidir, insanların istəkləri müxtəlifdir. Müxtəlif formada istəklərini irəli sürürlər. Biz gedəndən sonra siz öz monitorinqinizi apara bilərsiniz”.
Nazir həmçinin qiymətlərdə artım müşahidə edən və hansısa problemlə qarşılaşan vətəndaşlara İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturunun bölmələrinə, Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə və müvafiq icra hakimiyyəti orqanına süni əngəlləri aradan qaldırmaq üçün müraciət etməyi tövsiyə etdi.
Gülnar Əliyeva
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov