Nazirlik istifadə olunmayan torpaqlarla bağlı monitorinqlərə başladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik istifadə olunmayan torpaqlarla bağlı monitorinqlərə başladı

İstifadə olunmayan torpaqlarla bağlı monitorinqlərə başlanılıb.

Publika.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib.

O, monitorinqlər bitəndən sonra nəticələrin mətbuata açıqlanacağını deyib:

“Torpaqların monitorinqini aparmaq uzunmüddətli prosesdir. Ona görə də biz monitorinqlərə start vermişik. Monitorinq ölkə üzrə həyata keçiriləcək. Bütün rayonlar və bölgələr səviyyəsində monitorinqlərin nəticələri yekunlaşdırılıb ümumiləşdiriləcək. Bundan sonra biz müəyyən təkliflərlə çıxış edəcəyik”.

Qeyd edək ki, bir müddət əvvəl istifadə olunmayan torpaqların fermerlərin əllərindən alınacağı ilə bağlı xəbər verilmişdi.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm